Rusiya XİN Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyəti şərh edib

Rusiya XİN Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyəti şərh edib Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini sadiqdir"
Qarabağ
2 Mart , 2017 17:23
Rusiya XİN Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyəti şərh edib

Bakı. 2 mart. REPORT.AZ/ "Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələri davam etdirir."

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hərbi toqquşmaları şərh edərkən bildirib.

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətlənən prinsipial mövqeyini bilirsiniz. Bu mövqe həmçinin sənədlə qeydə alınıb. Biz mövqeyimizə sadiqik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi