Yuxarı

Rusiya və Qazaxıstan prezidentləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Putin vəziyyətin normallaşdırılması istiqamətində Rusiya tərəfindən atlan addımlar barəsində Nazarbayevi məlumatlandırıb

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefonla Dağlıq Qarabğdakı vəziyyəti və iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçıları Dağlıq Qarabağdakı vəziyyət və münaqişənin həlli ilə bağlı fikir mübadiləsi ediblər. Putin vəziyyətin normallaşdırılması istiqamətində Rusiya tərəfindən atlan addımlar barədə Nazarbayevi məlumatlandırıb", - mətbuat xidmətinin yaydığı informasiyada vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi