Yuxarı

Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Moskvada Qriqori Karasin və İbrahim Rəhimpurun görüşü keçirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpur ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir. 

"Regional gündəliyin bəzi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusi diqqət Mərkəzi Asiya və Qafqazdakı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin həllinə, eləcə də Ukraynada böhranın həlli ilə bağlı Minsk sazişlərin həyata keçirilməsinə ayrılıb", - məlumatda deyilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi