Yuxarı

Rusiya və Fransa XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Nazirlər telefon danışığı aparıblar

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə telefon danışığı aparıb.

"Report" Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

"Nazirlər "Normand dördlüyü"nə dəstək, Ukrayna böhranının aradan qaldırılması üçün Minsk razılaşmasının həyata keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini, Rusiya-Fransa ikitərəfli əlaqələrinin bəzi aspektlərini müzakirə ediblər", - Rusiya XİN-in bəyənatında deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi