Rusiya və Fransa prezidentləri Qarabağ münaqişəsinin həlli üzrə birgə fəal işi davam etdirmək barədə razılığa gəliblər

Rusiya və Fransa prezidentləri Qarabağ münaqişəsinin həlli üzrə birgə fəal işi davam etdirmək barədə razılığa gəliblər Putin Ollandı Azərbaycan və Ermənistan prezidentləri ilə keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb
Qarabağ
1 İyul , 2016 00:10
Rusiya və Fransa prezidentləri Qarabağ münaqişəsinin həlli üzrə birgə fəal işi davam etdirmək barədə razılığa gəliblər

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandı Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya və Fransa liderləri ümid etdiklərini bildiriblər ki, bu görüşdə əldə olunan nəticələr sülh prosesinin irəliləməsinə yardım edəcək. ATƏT-in Minsk qrupu çərçivəsində bu istiqamətdə fəal birgə işin davam etdirilməsi razılığa gəlinib", — deyə Kremlin məlumatında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi