Yuxarı

Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Edvard Nalbandyan Moskvaya səfər edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyanın Moskvada keçiriləcək görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq. "Report" Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri aprelin 7-8-də S.Lavrovun dəvəti ilə Moskvaya səfər edəcək. 

Görüş zamanı nazirlər BMT, ATƏT, QDİƏT və digər beynəlxalq qurumlar çərçivəsində iki ölkənin xarici siyasət sahəsində fəaliyyətinin koordinasiya olunması məsələlərini müzakirə edəcəklər. XİN mətbuat xidmətinin məlumatına görə, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə yanaşı Rusiyanın da fəal vasitəçi kimi çıxış etdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.  

RF XİN-dən bildiriblər ki, Edvard Nalbandyanın Moskvaya səfər proqramında həmçinin Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüş də nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi