Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı vəzifəsini icra edən Edvard Nalbandyanla Moskvada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bu gün Sergey Lavrovla erməni həmkarı Nalbandyan arasında qısa görüş keçirilib. Görüşdə həmçinin təmas xəttindəki vəziyyət müzakirə olunub", - M.Zaxarova vurğulayıb.