​Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

​Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək Vladimir Putin Moskvada Serj Sarqsyanla görüşəcək
Qarabağ
9 Mart , 2016 12:43
​Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bakı. 9 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin martın 10-da Moskva şəhərində Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Qarşıdakı görüş zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinin, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır", - Kremlin mətbuat xidmətindən bildiriblər. 

Bundan başqa, liderlər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi