Yuxarı

​Rusiya və Almaniyanın XİN rəhbərləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Onlar vəziyyətin Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə dönməsi mövqeyindən çıxış ediblər

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya və Almaniyanın xarici işlər nazirləri Sergey Lavrov və Valter Ştaynmayer Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar ciddi narahatçılıqlarını ifadə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər artıq aralarında dinc sakinlərin də olduğu çoxsaylı insan itkisinə gətirib çıxaran Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar ciddi narahatçılıqlarını ifadə ediblər. Lavrov və Ştaynmayer regiondakı qarşıdurmanın hərbi yolla həllinin olmaması fikrində həmrəylik göstəriblər və tərəflərin təmkinlilik nümayiş etdirməsi, atəşi dərhal dayandırması və vəziyyətin ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesi yoluna dönməsi mövqeyindən çıxış ediblər", — deyə məlumatda qeyd olunub.

Telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi