Yuxarı
    Bağlamaq

    ​Rusiya səfirliyinin ikinici katibi: "Qarabağa silah sata bilmərik"

    Səfir suala cavab olaraq, deyib ki, ölkəsi Ermənistana da silah satır

    Bakı. 9 may. REPORT.AZ/ "Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfirliyinin ikinci katibi uyğun suala cavab verərkən, jurnalistlərə "kameraları söndürün" xahişini etdikdən sonra söyləyib.

    İnformasiyaya əsasən, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Yerevanda "Qələbə" parkında olub. Jurnalistlər ondan "Rusiya Azərbaycana niyə silah satır", - deyə, soruşublar. Səfir suala cavab olaraq, deyib ki, ölkəsi Ermənistana da silah satır.

    Səfiri müşayiət edən ikinci katib media nümayəndələrinə "mikrofonları söndürün" söylədikdən sonra bildirib: "Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz".

    Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda bölgəsindəki erməni silahlıları Rusiya istehsalı olan silah-sursatdan istifadə edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi