Yuxarı
    Bağlamaq

    Rusiya səfiri: “Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Fransa, ABŞ-ın konkret resepti ola bilməz”

    “Yekun qərar Yerevan və Bakının əlindədir”

    Bakı. 9 fevral. REPORT.AZ/ “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz”.

    “Report” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin tert.am-a müsahibəsində bildirib.

    “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk Qrupunun məsuliyyət daşıdığı sahədir. ATƏT-in Minsk Qrupunda Rusiya, Fransa və ABŞ vasitəçilik edir. Bu isə o deməkdir ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz. Münaqişənin tənzimlənməsində yalnız Azərbaycan və Ermənistan razılığa gələ bilər. ABŞ və Fransa ilə birlikdə Rusiya buna şəraitin yaradılması üçün əlindən gələni edir. Odur ki, yekun qərar Yerevan və Bakının əlindədir”, - deyə səfir bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi