Bakı. 20 dekabr. REPORT.AZ/ "MDB ölkələrinin liderləri nüfuzları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çalışırlar".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə açıqlamasında deyib.
"Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərdən yalnız bir ölkə - Rusiya MDB-də təmsil olunur. Odur ki, vasitəçilər beynəlxalq səviyyəlidir, MDB-də isə bu münaqişə barədə bilirlər" - səfir söyləyib.
Onun sözlərinə görə, Belarus, Qazaxıstan və digər MDB ölkələrinin liderlərinin mövqeyi elədir ki, onlar nüfuzları, təsir dairələri ilə münaqişənin həlli üçün çalışırlar.