​Rusiya prezidenti Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

​Rusiya prezidenti Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb Peskov: "Putin Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların başlaması haqda məlumatlardan dərin narahatlıq keçirir"
Qarabağ
2 Aprel , 2016 12:10
​Rusiya prezidenti Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

Bakı. 2 aprel. REPORT.AZ/ "Prezident Vladimir Putin münaqişə edən tərfələri atışmanı təcili olaraq dayandırmağa və təmkinli olmağa çağrır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində yaranmış gərginliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların başlanması haqda məlumatlardan dərin narahtlıq keçirir.

Son xəbərlər

Orphus sistemi