Yuxarı

Rusiya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Azərbaycan və Ermənistan xalqından asılıdır"

Dağlıq Qarabağ münaqişəsi həssas mövzudur

Bakı. 14 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi həssas mövzudur. Bu, çoxdanın problemidir. Uzun müddət münaqişə dondurulmuş şəkildə saxlanılırdı, amma qəfildən vəziyyət gərginləşdi".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinə birbaşa bağlantı zamanı deyib.

O əlavə edib ki, Dağlıq Qarabağla bağlı qərar yalnız siyasi vasitələrlə, hər iki tərəfdən güzəşt edilməsiylə əldə olunmalıdır.

Putin münaqişənin yekun həllinin Azərbaycan və Ermənistan xalqından asılı olduğunu da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi