Rusiya Dövlət Dumasının sədri: "Azərbaycan həmişə Dağlıq Qarabağ üzrə konstruktiv mövqe tutub"

Rusiya Dövlət Dumasının sədri: "Azərbaycan həmişə Dağlıq Qarabağ üzrə konstruktiv mövqe tutub" Vyaçeslav Volodin: "Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz"
Qarabağ
25 İyun , 2018 12:17
Rusiya Dövlət Dumasının sədri: Azərbaycan həmişə Dağlıq Qarabağ üzrə konstruktiv mövqe tutub
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Bakıda keçirilən görüşdə deyib.

V.Volodin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb: "Rusiyanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bilirsiniz... Münasibətlərin kəskinləşməsini istəyənlər, xalqların sülh şəraitində yaşamaqla bağlı sözlərini və arzularını eşitməyənlər, əlbəttə, gərginlik istəyirlər. Bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Azərbaycan həmişə (Dağlıq Qarabağ məsələsi ilə bağlı - red.) düzgün və konstruktiv mövqe tutub", - V.Volodin bildirib.

Son xəbərlər

Orphus sistemi