​Rusiya Baş Qərargahı: Qarabağda münaqişənin bərpası Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir

​Rusiya Baş Qərargahı: Qarabağda münaqişənin bərpası Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir "NATO Rusiya sərhədlərində gərginlik ocaqları yaratmağa can atır"
Qarabağ
17 Aprel , 2015 00:01
​Rusiya Baş Qərargahı: Qarabağda münaqişənin bərpası Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir

Bakı. 17 aprel. REPORT.AZ/ "Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında yeni gərginlik ocaqları yaratmağa çalışır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

"Vaşinqton və onun NATO üzrə tərəfdaşları "Rusiyanı yerinə otuzdurmaq" üçün onun sərhədyanı regionlarında böhranlı vəziyyətlər yaratmaqda daha aşkar maraqlı olmağa başlayırlar", - deyə 4-cü Moskva Beynəlxalq təhlükəsizlik konfransında o bildirib.

Gerasimovun sözlərinə görə, Dnestryanı, Abxaziya və Cənubi Osetiya, həmçinin Dağlıq Qarabağda münaqişələrin mümkün bərpası Rusiya Federasiyası sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir.

"SSRİ-nin dağılmasından sonra artıq iyirmi ildən artıq müddətdir ki, Moldovanın qondarma Dnestryanı Moldova Respubliksı, Gürcüstanın "Abxaziya və Cənubi Osetiya respublikaları", Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin statusuna dair məsələ ilə bağlı münasibətləri tam olaraq nizamlanmayıb. Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda bu münaqişələrin "donunun açılması" ehtimalı artır ki, bu da bizim dövlətimizin sərhədləri yaxınlığında silahlı toqquşmaların yaranması təhlükəsi vəd edir".

Son xəbərlər

Orphus sistemi