​Rusiya baş nazirinin müavini: "Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər gün atışma gedir"

​Rusiya baş nazirinin müavini: "Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər gün atışma gedir" "Dondurulmuş münaqişələri həll etmək lazımdır - vaxtaşırı onların donu açılır"
Qarabağ
11 Aprel , 2016 23:57
​Rusiya baş nazirinin müavini: Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər gün atışma gedir

Bakı. 12 aprel. REPORT.AZ/ "Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər gün atışma gedir, insanlar ölür".

"Report" xəbər verir ki, bunu "Exo Moskvı" radiostansiyasının efirində Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.

Rusiya rəsmisinin sözlərinə görə, "regiona səfər etdikdən sonra ona daha aydın olub ki, dondurulmuş münaqişələri həll etmək lazımdır - vaxtaşırı onların donu açılır".

"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər gün atışma gedir, insanlar ölür. Görünür bu gərginlik də qanlı keçmiş səbəbindən baş verib. Sülh prosesinə qayıtmaq lazımdır", - deyə baş nazirin müavini bildirib.

Son xəbərlər

Orphus sistemi