Yuxarı
    Bağlamaq

    Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat yayıblar

    ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır

    Bakı. 8 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupu üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu həll olunmasının tərəfdarıdır və Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin bu gün Hamburqda qəbul etdiyi bəyanatda deyilir.

    “Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdırlar. Biz əminik ki, ən yaxın imkan daxilində bu danışıqlar baş tutmalıdır. Həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir”, - Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun birgə bəyanatında deyilir.

    “Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və təhdid və ya güc tətbiqini qətiyyətlə pisləyirik”

    Münaqişənin hərbi yolla həlli olmadığını deyən xarici işlər nazirləri dinc əhalinin öldürülməsinin yolverilməz olduğunu bildiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi