Yuxarı
    Bağlamaq

    Rumıniya XİN başçısı: "Həll olunmamış münaqişələrin nizamlanması məsələsinə daha çox diqqət ayırmaq lazımdır"

    Nazir: Dnestryanı, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrin nizamlanmasında irəliləyiş yoxdur

    Bakı. 3 dekabr. REPORT.AZ/ "Həll olunmamış münaqişələrin nizamlanması məsələsinə daha çox diqqət ayırmaq, bu məsələni ATƏT-in gündəliyində daha yuxarı səviyyədə qoymaq lazımdır".

    "Report" xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Lazar Komenesku ATƏT Nazirlər Şurasının Belqradda keçirilən 22-ci iclasında çıxışı zamanı deyib.

    Nazir Dnestryanı, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrin nizamlanmasında irəliləyişin olmamasını qeyd edib.

    L.Komenesku vurğulayıb ki, bu münaqişələrin nizamlanmasında irəliləyişin olmaması bu bölgələrə daha çox diqqət ayırmağın zəruriliyini sübut edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi