Yuxarı
    Bağlamaq

    Rusiya Pravoslav Kilsəsi: Azərbaycan və Ermənistanın dini liderlərinin görüşü Cənubi Qafqazda sülhün tezliklə bərpasına yönəlib

    Görüşün təşəbbüskarı Moskva və Bütün Rusiyanın Patriarxı Kirilldir

    Moskva. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistanın dini liderlərinin görüşünün təşəbbüskarı Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və Bütün Rusiyanın Patriarxı Kirilldir.

    Bu barədə "Report"un Rusiya bürosuna RPK-nin mətbuat xidmətinin rəhbəri Aleksandr Volkov bildirib.

    Onun sözlərinə görə, bu görüş planlaşdırılmış xarakter daşıyır.

    "Bu, son bir neçə ilin mövzusudur. Erməni katolikosu və Azərbaycan şeyxülislamı arasında belə görüşlər hələ Patriarx II Alekseyin vaxtından keçirir. Patriarx Kirill bu sülhməramlı kursu davam etdirir. Bu formatda sonuncu görüş 2011-ci ildə olub. Əvvəllər olduğu kimi, bu görüş də sülhməramlı xarakter daşıyacaq və Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldilib", - Rus Pravoslav Kilsəsinin rəsmi nümayəndəsi vurğulayıb.

    O, həmçinin qeyd edib ki, görüş sentyabrın 8-də Patriarx Kirilin iqamətgahında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi