Yuxarı

Roma papası Qafqazda mövcud münaqişələrin həllinə çağırıb

Heç nə münaqişələrin əbədi faciəyə çevrilməsi üçün istifadə oluna bilməz

Bakı. 1 oktyabr. REPORT.AZ/ Roma papası Fransis Gürcüstana səfərinin ilk günündə siyasətçiləri regionda mövcud olan münaqişələrin həllinə çağırıb.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, o, cümə günü Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşü zamanı bildirib ki, heç bir etnik, dil, dini və ya siyasi fərq "münaqişələrin əbədi faciəyə" çevrilməsi üçün istifadə oluna bilməz.

Fransis, həmçinin "beynəlxalq hüquq çərçivəsində hər bir dövlətin hüquq və suverenliyinə riayət etməyə çağırıb. Papa Gürcüstana sülh və inkişaf yolunda çiçəklənmə və uğur arzu edib. Onun sözlərinə görə, bu yolun vacib şərti regionda ölkələr və xalqlar arasında sülh şəraitində yaşamaqdır ki, bunun üçün də onların arasında etimad və hörmətin möhkəmlənməsi lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi