Robert Sekuta: "Münaqişənin sülh yolu ilə həlli prosesini davam etdirmək lazımdır"

Robert Sekuta: "Münaqişənin sülh yolu ilə həlli prosesini davam etdirmək lazımdır" "Buna nail olmaq üçün Minsk qrupu və ayrı-ayrı ölkələrin hökumətləri çalışır"
Qarabağ
7 İyul , 2017 21:00
Robert Sekuta: Münaqişənin sülh yolu ilə həlli prosesini davam etdirmək lazımdır

Bakı. 7 iyul. REPORT.AZ/ "Amerika Birləşmiş Ştatları həm ikitərəfli, həm də ATƏT-in Minsk qrupunda həmsədrlik çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə sadiqdir."

"Report"un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Bu günlərdə Füzuli rayonunda baş vermiş hadisəni xatırladan səfir münaqişənin sülh yolu ilə həllini davam etdirməyin vacibliyini vurğulayıb.

"Tərəflər münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmalıdırlar. Buna nail olmaq üçün Minsk qrupu və ayrı-ayrı ölkələrin hökumətləri çalışır. Lakin, hər şey münaqişə tərəflərindən asılıdır".

Son xəbərlər

Orphus sistemi