Robert Sekuta: "ABŞ Sankt-Peterburqda prezidentlərin üçtərəfli görüşündə əldə olunmuş müsbət tempi alqışlayır"

Robert Sekuta: "ABŞ Sankt-Peterburqda prezidentlərin üçtərəfli görüşündə əldə olunmuş müsbət tempi alqışlayır" "Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar"
Qarabağ
22 İyun , 2016 20:45
Robert Sekuta: ABŞ Sankt-Peterburqda prezidentlərin üçtərəfli görüşündə əldə olunmuş müsbət tempi alqışlayır

Bakı. 22 iyun. REPORT.AZ/ "ABŞ iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüşdə əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq". 

“Report”un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: "Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar. Burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

Son xəbərlər

Orphus sistemi