Bakı. 28 sentyabr. REPORT.AZ/ "ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrdən narahatdır".
"Report"un verdiyi məlumata görə, bu barədə Ermənistan-Azərbaycan sərhədində son günlər müşahidə edilən gərginliyi şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
Səfirin sözlərinə görə, münaqişə tərəfləri danışıqlar yolu ilə onun nizama salınması üçün addımlar atmalıdır.
R.Sekuta xatırladıb ki, ötən həftənin sonunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Bu ilin sonunda həmsədrlər prezidentlərin görüşünü təşkil etmək fikrindədir: "Zorakılığın qeydə alınması münaqişənin nizamlanması istiqamətində atılan addımları əngəlləyir".
Bu istiqamətdə birgə addımların atılmasının vacibliyini qeyd edən səfir