Yuxarı

Robert Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunmasına çalışır"

ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir

Bakı. 1 iyul. REPORT.AZ/ "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunması üçün ən yüksək səviyyədə çalışır". 

"Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə deyib. 

Səfir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi ehtimalına da münasibət bildirib: "Fikrimcə, görüşün tarixi hələ razılaşdırılmayıb. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün tərəflərin görüşünün baş tutmasına çalışır". 

R.Sekuta xatırladıb ki, ötən gecə ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair telefon danışığı aparıb: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi