Robert Koçaryan Ermənistan ordusundakı problemləri açıqlayıb

Robert Koçaryan Ermənistan ordusundakı problemləri açıqlayıb Robert Koçaryan: "Komandirin döyüşü mobil telefonla idarə etməsi anormaldır"
Qarabağ
1 İyun , 2016 17:15
Robert Koçaryan Ermənistan ordusundakı problemləri açıqlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycan ordusu gecə vaxtlarında Ermənistan Silahlı Qüvvələrinə xeyli problem yaşadıb".

"Report" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan "2rd.am" nəşrinə müsahibəsində söyləyib.

"İki ildən çoxdur qarşı tərəf gecə vaxtlarında bizə xeyli problem yaşadır. Bu da onların bütün zəruri vasitələrlə təchiz olunmasından irəli gəlir. Bəs bizə ordunu lazimi sayda gecəgörmə cihazları, termoqrafik kameralar, gecə nişangahları, rabitə vasitələri, mobil resurslar üçün fərdi qoruyucu avadanlıq ilə təchiz etməyə nə mane olurdu?", - deyə R.Koçaryan bildirib.

Ermənistanın sabiq prezidenti, həmçinin orduda komandir heyətinin döyüşü mobil telefonla idarə etdiyini vurğulayıb: "Komandirin döyüşü mobil telefonla idarə etməsi, eyni zamanda, taqımın dayaq məntəqəsində gecəgörmə cihazlarının, zirehli jiletin olmaması anormaldır".

Son xəbərlər

Orphus sistemi