Riçard Hoqland: Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır

Riçard Hoqland: Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır "Minsk Qrupunun hər üç həmsədr ölkəsi birlikdə çalışır"
Qarabağ
11 Mart , 2017 15:16
Riçard Hoqland: Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır
Report.az

Bakı. 11 mart. REPORT.AZ/ “Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır. Bəzi dövrlərdə onlar tez-tez baş verir, bəzən nadir hallarda olur”.

“Report” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.

"Mən tezliklə belə bir görüşün baş verəcəyinə dair təəssürat yaratmaq istəməzdim. Amma ümid edirəm ki, görüş ən yaxın gələcəkdə baş tutacaq" - həmsədr bildirib.

Hoqland əlavə edib ki, hazırda Rusiya bu prosesdə aparıcı rola malikdir: "Bu, məni çox sevindirir. Minsk Qrupunun hər üç həmsədr ölkəsi birlikdə çalışır".

Son xəbərlər

Orphus sistemi