Yuxarı
    Bağlamaq

    ​RF Şurasının sədri Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib

    Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti noyabrın 2-də Ermənistana səfər edib

    Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiya Federasiya (RF) Şurasının sədri Valentina Matviyenko Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

    "Report" Ermənistan KİV-ə istinadən xəbər veri ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Xəbərdə bildirilib ki, görüş zamanı tərəflər bir sıra məsələlər, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsinə dair fikir mübadiləsi aparıb.

    Qeyd edək ki, Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti noyabrın 2-də Ermənistana səfər edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi