Yuxarı

​Rəsmi Vaşinqton: ABŞ "Dağlıq Qarabağ"dakı seçkilərin nəticələrini tanımayacaq

ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır

Bakı. 1 may. REPORT.AZ/ "ABŞ hakimiyyəti mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçkilərin nəticələrini tanımayacaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.

"ABŞ "Dağlıq Qarabağ"ı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar olaraq, biz mayın 3-də keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyik", — deyə rəsmi nümayəndə qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi