Yuxarı
    Bağlamaq

    Rəsmi Bakı Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

    Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan tərəfi Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.

    "Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    Rusiyanın XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Moskvada ilin yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli yanaşma tələb edir:

    "Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümükün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələb edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi