​Rəsmi Bakı Azərbaycanın işğal olunan ərazilərində Ermənistanın hərbi təlimlər keçirməsinə münasibət bildirib

​Rəsmi Bakı Azərbaycanın işğal olunan ərazilərində Ermənistanın hərbi təlimlər keçirməsinə münasibət bildirib “Bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir”
Qarabağ
17 Aprel , 2015 14:07
​Rəsmi Bakı Azərbaycanın işğal olunan ərazilərində Ermənistanın hərbi təlimlər keçirməsinə münasibət bildirib

Bakı. 17 aprel. REPORT.AZ/ Rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın hərbi təlimlər keçirməsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir: “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir. May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir”.

H.Hacıyev vurğulayıb ki, ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir: “İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Son xəbərlər

Orphus sistemi