Yuxarı
    Bağlamaq

    "Dojd" telekanalı ​"Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəldib

    Qondarma Dağlıq Qarabağ Respublikası saytda yerləşdirilən müstəqil ölkələr siyahısından çıxarılıb

    Bakı. 21 iyul. REPORT.AZ/ Rusiyanın "Dojd" telekanalı "Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəltdi.

    "Report" xəbər verir ki, Agentliyin telekanal rəhbərliyinə edilən müvafiq müraciətindən sonra qondarma "Dağlıq Qarabağ Respublikası" saytda yerləşdirilən müstəqil ölkələr siyahısından çıxarılıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl "Report" Agentliyi telekanal saytının abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında Azərbaycanın işğal olunan ərazilərində yaradılan və separatçı qurum olan qondarma "DQR" adlı "ölkənin" müstəqil dövlət kimi təqdim edilməsi ilə bağlı "Dojd" telekanalının rəhbərliyinə sorğu ilə müraciət etmişdi.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi