İran, Sari. 13 aprel. REPORT. AZ/ İranın Mazandaran vilayətində səfərdə olan bir qrup Azərbaycan jurnalisti bu vilayətin İran Radio və Televiziya Təşkilatını (İRİB) ziyarət edib.
"Report"un Mazandarana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, azərbaycanlı jurnalistləri salamlayan IRIB-in baş direktoru Ali Sadiq Müqəddəsi onları burada görməkdən məmnun olduğunu bildirib. O, İranla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində jurnalistlərin rolunu vurğulayıb. Baş direktor Mazandarana səfər edən jurnalistlərin bu vilayət barədə düzgün və dolğun məlumatların çatdırılmasına və bu məlumatların gələcəkdə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Mazandaran vilayəti üzrə nümayəndəsi Ahad Cavidani iki ölkə arasında çoxlu oxşarlıqlar olduğunu qeyd edərək, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin olduğunu bildirib.
Daha sonra Azərbaycandan olan jurnalistlər səfər barədə öz təəssüratlarını bölüşüblər, İranla Azərbaycan arasında əlaqələrin gücləndirilməsi üçün bu səfərlərin vacibliyini vurğulayıblar. "Report"un əməkdaşı Şamil Əlibəyli çıxış edərək, Azərbaycanın ağrılı problemi olan
Sonda qonaqlara İRİB əməkdaşlarının Mazandaran barədə hazırladığı kiçik bir tanıtım filmi göstərilib.