Rasim Musabəyov: "Paşinyanın sərsəm bəyanatı Qarabağla bağlı danışıqlara son qoya bilər"

Rasim Musabəyov: "Paşinyanın sərsəm bəyanatı Qarabağla bağlı danışıqlara son qoya bilər" Bakı. 10 sentyabr. REPORT.AZ/ Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanatı sərsəmləmədir və onların danışıqlara son qoyulması niyyətini göstərə bilər.
Qarabağ
10 Sentyabr , 2018 13:37
Rasim Musabəyov: Paşinyanın sərsəm bəyanatı Qarabağla bağlı danışıqlara son qoya bilər
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanatı sərsəmləmədir və onların danışıqlara son qoyulması niyyətini göstərə bilər".

"Report" xəbər verir ki, bu fikri Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.

"Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir", - o deyib.

Politoloq həmçinin vurğulayıb ki, Moskva N.Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: "Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir".

Son xəbərlər

Orphus sistemi