Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, noyabrın 8-də saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi