Yuxarı

Qoşunların təmas xəttində ATƏT-in keçirdiyi monitorinq başa çatıb

Monitorinq zamanı insident baş verməyib

Bakı. 4 mart. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. “Report”un xəbərinə görə, bu barədə məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə), təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Markus Uidmer (İsveçrə) keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi