ATƏT qoşunların qarşıdurma xəttində monitorinq keçirib

ATƏT qoşunların qarşıdurma xəttində monitorinq keçirib Monitorinq Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində olub
Qarabağ
1 Mart , 2017 12:16
ATƏT qoşunların qarşıdurma xəttində monitorinq keçirib

Bakı. 1 mart. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik və onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçiriblər. 

Son xəbərlər

Orphus sistemi