Yuxarı
    Bağlamaq

    ​Azərbaycan XİN qondarma rejim “hökuməti”nin facebook səhifəsindəki “verified” statusunun ləğvi ilə bağlı açıqlama yayıb

    “Verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb”

    Bakı. 19 fevral. REPORT.AZ/ “Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    O, bildirib ki, XİN-in təlimatı əsasında Azərbaycanın ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”in facebook səhifəsinə verilmiş “verified” (tanınmış) statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi