​Qırğızıstan səfirliyi "O!" mobil operatorunun Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyətinə aydınlıq gətirib

​Qırğızıstan səfirliyi "O!" mobil operatorunun Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyətinə aydınlıq gətirib "Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Qarabağ
18 Yanvar , 2015 12:15
​Qırğızıstan səfirliyi O! mobil operatorunun Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyətinə aydınlıq gətirib

Bakı. 18 yanvar. REPORT.AZ/ "Qırğızıstan Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinin siyasi yollarla nizamlanması mövqeyindən çıxış edir".

Bu barədə "Report"a Qırğızıstanın Azərbaycandakı səfirliyi "NUR Telekom" qırğız şirkətinə məxsus "O!" mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq telefon danışıqları həyata keçirməsi və Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.

Səfirlikdən o da bildirilib ki, Qırğızıstan Respublikası diplomatik əlaqələr qurduğu hər bir dövlətin suverenliyi, müstəqilliyi və ərazi bütövlyü prinsiplərini dəstəkləyir:

"Səfirlik hazırki vəziyyətin araşdırılması və "O!" mobil operatorunun saytında Dağlıq Qarabağla bağlı informasiyanın təcili olaraq ləğv edilməsi və ya ona düzəliş edilməsi xahişi ilə təcili olaraq Qırğızıstan Xarici İşlər Nazirliyinə məlumat göndərib".

Səfirlikdən məsələnin nəzarətdə saxlanılacağı bildirilib və qeyd olunub ki, Azərbaycan tərəfinin Dağlıq Qarabağa səfər etməməklə bağlı müraciəti Qırğızıstan əhalisinin diqqətinə çatdırılıb.

Səfirliyin məlumatına görə, bir sıra KİV-in yaydığı xəbərə əsasən, "O!" brendi altında işləyən NUR Telekom mobil operatoru Qazaxıstanın aparıcı "Visor Group" investisiya şirkəti tərəfindən yaradılıb və Qazaxıstanın "Visor Holding"inə məxsusdur.

Bu şirkətin həmtəsisçisi sabiq qırğız prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev olub.

Son xəbərlər

Orphus sistemi