Yuxarı
    Bağlamaq

    Qırğızıstanın keçmiş baş naziri: "Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək lazımdır"

    Apas Jumaqulov: Azərbaycan böyük uğurlar qazanaraq beynəlxalq arenaya çıxıb© Courtesy İmage

    Bakı. 17 mart. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez və yalnız sülh yolu ilə həll etmək lazımdır".

    "Report" xəbər verir ki, bunu V Qlobal Bakı Forumunda iştirak edən Qırğızıstan keçmiş baş naziri Apas Jumaqulov jurnalistlərə açıqlamasında deyib.

    "Qarabağ məsələsini qarşılıqlı sülh yolu, danışıqlar yolu ilə həll etmək lazımdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır", - A.Jumaqulov bildirib.

    V Qlobal Bakı Forumunun keçirilməsi barədə danışan sabiq baş nazir Azərbaycanın böyük uğurlar qazanaraq beynəlxalq arenaya belə çətin zamanda sülh təşəbbüsləri ilə çıxdığını vurğulayıb.

    "Artıq beşinci dəfə Bakıda keçirilən Forum vasitəsilə bu problemlərin həlli çox nəcib və müqəddəsdir. Azərbaycan Forum vasitəsilə dünya işlərinə öz töhfəsini verir, dünyanın daha təmiz, vicdanlı və mütərəqqi olmasını istəyir", - deyə Qırğızıstanın sabiq baş naziri bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi