Yuxarı

​Qazaxıstan XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərə ehtiyac yoxdur"

Yerlan İdrisov: Bunun üçün ABŞ, Rusiya və Fransanın həmsədrlər olduğu xüsusi Minsk qrupu yaradılıb

Bakı. 5 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərin cəlb edilməsinə ehtiyac yoxdur. ATƏT-in Minsk qrupu razılaşmasının yerinə yetirilməsi kifayətdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkə paytaxtı Astanada keçirdiyi brifinqdə bildirib.

"Bunun üçün ABŞ, Rusiya və Fransanın həmsədrlər olduğu xüsusi Minsk qrupu yaradılıb. Fikrimcə, münaqişənin həlli üçün yeni vasitəçilər axtarmağa ehtiyac yoxdur", - deyə nazir vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi