​Qazax rayonunun Kəmərli kəndində saxlanılmış Ermənistan vətəndaşı geri qaytarılıb

​Qazax rayonunun Kəmərli kəndində saxlanılmış Ermənistan vətəndaşı geri qaytarılıb Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılıb
Qarabağ
25 Sentyabr , 2014 15:41
​Qazax rayonunun Kəmərli kəndində saxlanılmış Ermənistan vətəndaşı geri qaytarılıb
Bakı.25 sentyabr. REPORT.AZ/ Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılmış Ermənistan vətəndaşı 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç öz ölkəsinə qaytarılıb.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində gerçəkləşən proses insidentsiz başa çatıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, S.Ananyan avqustun 26-da Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib. O, müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.



Son xəbərlər

Orphus sistemi