Yuxarı

​Qazax rayonunun Kəmərli kəndində saxlanılmış Ermənistan vətəndaşı geri qaytarılıb

Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılıb

Bakı.25 sentyabr. REPORT.AZ/ Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılmış Ermənistan vətəndaşı 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç öz ölkəsinə qaytarılıb.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində gerçəkləşən proses insidentsiz başa çatıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, S.Ananyan avqustun 26-da Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib. O, müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi