Yuxarı
    Bağlamaq

    Qarabağdakı aprel gərginliyi "Yandex" sistemində rusların ən çox müraciət edilən sorğuları arasında yer alıb

    Yandex 2016-cı ilin yekunları üzrə rusiyalılar arasında ən çox müraciət edilən sorğuları açıqlayıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyanın internet nəhəngi "Yandex" 2016-cı ilin yekunları üzrə rusiyalılar arasında ən çox müraciət edilən sorğuların hansılar olduğunu açıqlayıb.

    "Report" "Politexpert" saytına istinadən xəbər verir ki, rusiyalı istifadəçilər "olay" kateqoriyasında ən çox Rostov-Donda təyyarə qəzası və bu ilin aprel ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə maraqlanıb.

    Araşdırmaya görə, "hadisə" kateqoriyasında rusiyalıların əsas marağı Rusiya Federasiyasında və ABŞ-da keçirilən seçkilərə yönəlib.

    Axtarış sorğuları üzrə ən çox müraciət edilən mövzular arasında donuz qripi və Zika virusu da olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi