Yuxarı

Qarabağda ədaləti bərpa etmək çağırışı ilə bağlı Ağ Evin saytında yerləşdirilən petisiya 100 min imza toplayıb

İndi Ağ Ev administrasiyası müəyyən bir müddət ərzində petisiyaya cavab verməlidir

Bakı. 13 aprel. REPORT.AZ/ Ağ Evin rəsmi saytında Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsinə çağırışla bağlı petisiya lazım olan 100 min imzanı toplayıb.

"Report" Ağ Evin saytına istinadən xəbər verir ki, "Ədaləti bərpa etmək və böyük fəlakətin qarşısını almaq" adlı petisiya aprelin 6-da saytda yerləşdirilmişdi.

Petisiyanın mətnində AŞPA-nın 2085 nömrəli qətnaməsi xatırlanaraq Ermənistan qoşunlarının dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilib.

Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ciddi irəliləyişə nail olmadıqları qeyd olunur.

İndi Ağ Ev administrasiyası müəyyən bir müddət ərzində petisiyaya cavab verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi