Yuxarı
    Bağlamaq

    ATƏT PA-nın xüsusi nümayəndəsi: "Qarabağda dayanıqlı sülhün yaradılması üçün beynəlxalq ictimaiyyətin xüsusi diqqəti zəruridir"

    Kristian Vigenin səfərinin nəticələri barədə ATƏT PA-nın Daimi Komitəsinə oktyabrın 4-də məlumat verəcək© AP Photo/ Darko Vojinovic

    Bakı. 27 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi hələ də itkilərə səbəb olur, bu status-kvo sadəcə qəbuledilməzdir".

    "Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana ikigünlük səfərinə yekun vurarkən deyib.

    "Bu faciəli reallığı burada, regionda və beynəlxalq səviyyədə siyasi liderlərin gündəmində saxlamaq üçün işləri davam etdirməyi planlaşdırıram", - K.Vigenin bildirib.

    O, münaqişənin hərbi yolla həllinin olmadığını təsdiqləyərək ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəklədiyini vurğulayıb: "Belə tendensiya formalaşıb ki, hər dəfə böyük hərbi gərginlik olduqdan sonra sülh haqqında danışırlar. Amma sülh təsadüfi şərtlərdə əldə oluna bilməz. Dayanıqlı sülhün yaradılması üçün beynəlxalq ictimaiyyətin ən yüksək səviyyədə xüsusi diqqəti zəruridir". 

    Xüsusi nümayəndə səfərinin nəticələri barədə oktyabrın 4-də ATƏT PA-nın Daimi Komitəsinə məlumat verəcəyini və regionun gələcəyi ilə bağlı konkret təkliflər irəli sürəcəyini qeyd edib.

    Xatırladaq ki, Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, Xarici İşlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvləri, parlamentdə təmsil olunan partiyaların təmsilçiləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. O, səfər çərçivəsində həmçinin məcburi köçkünlərlə görüşmək üçün Masazıra da səfər edib.

    Bakıdan sonra K.Vigenin Tbilisi və Yerevana səfər edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi