Bakı. 1 iyul. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı
O, məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.
S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
S.Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılması barəsində qərar qəbul edilib.