Yuxarı
    Bağlamaq

    Qarabağa qanunsuz səfər edən rusiyalı fotoqraf Azərbaycan dövləti və xalqından üzr istəyib

    Vladimir Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adı “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb
    © Report

    Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiya vətəndaşı, fotoqraf və bloqqer Vladimir Kezlinq Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

    Məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb.

    V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

    V.Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi