Ekspert: Qarabağ münaqişəsində status-kvonun saxlanılması Rusiyanın əsas hədəfidir

Ekspert: Qarabağ münaqişəsində status-kvonun saxlanılması Rusiyanın əsas hədəfidir "Rusiya, Azərbaycan və Ermənistan vəziyyəti idarə etməlidir, onun arxasınca getməməlidir"
Qarabağ
16 Dekabr , 2014 16:07
Ekspert: Qarabağ münaqişəsində status-kvonun saxlanılması Rusiyanın əsas hədəfidir

Bakı. 16 dekabr. REPORT.AZ/ Hazırda Dağlıq Qarabağ münaqişəsinin real tənzimlənmə metodikası yoxdur, bu da öz növbəsində regionun gələcəkdə sabitliyinin pozulması üçün zəmin yaradır. Bu barədə "Report"a rusiyalı politoloq, Rusiya Federasiyası Strateji İnkişaf Modelləşdirmə Mərkəzi prezidentinin birinci müavini Qriqori Trofimçuk Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində 2014-cü ilin yekunlarını şərh edərkən bildirib. 

Onun  sözlərinə görə, 2014-cü ildə münaqişənin ənənəvi formatda, "Gəlin mehriban yaşayaq" prinsipi üzrə həllinə cəhdlər edilib: "Mehriban yaşamaq yaxşıdır, lakin bu addımlar əsas problemi həll etmir və gec-tez faciə ilə sonlanır. Rusiya, Azərbaycan və Ermənistan vəziyyəti idarə etməlidir, onun arxasınca getməməlidir. Tərəflərin Qarabağ münaqişəsinin həlli çərçivəsində aktiv fəaliyyəti böyük sayda qurbanların olduğu təxribatların burada artmasından sonra başlayacaq. Lakin bu mərhələdə artıq həll haqqında heç bir söhbət gedə bilməz". 

Q.Trofimçuk deyib ki, xarici qüvvələr regionu müharibəyə cəlb etmək məqsədilə vəziyyəti qarışdırmağa çalışacaq. 

Politoloq gələn il Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün irəliləyiş haqqında suala cavab verərək pozitiv planda heç bir dönüşün olmaması ilə bağlı təssüfləndiyini söyləyib: "Əks təqdirdə uzun 20 il ərzində dönüş nöqtəsi çoxdan olardı. Buna görə də Qarabağ münaqişəsində status-kvonun saxlanılması Rusiyanın əsas hədəfidir. Rusiya dərk edir ki, yeni beynəlxalq vəziyyətdə hətta müvəqqəti sabitliyin qorunması olduqca çətin olacaq".

Son xəbərlər

Orphus sistemi