Yuxarı
    Bağlamaq

    Əli Əhmədov: “Qarabağ müharibəsində ziyan çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görülür”

    “Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırırlarsa Azərbaycan hökuməti buna müsbət yanaşacaq”

    Bakı. 25 fevral. REPORT.AZ/ “Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazım olan və imkanı daxilində bütün tədbirləri görür və addımlar atır”.

    “Report”un xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 uşağın mənzillə təmin olunması məsələsinə münasibət bildirərkən deyib.

    O bldirib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir, onlar üçün şəraitlər yaradılır: “Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa Azərbaycan hökuməti buna müsbət yanaşacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi